Bu kadrlar almanları şoka saldı
09 dekabr 2016 06:09 (UTC +04:00)

Bu kadrlar almanları şoka saldı

0

Almaniya polisi naməlum şəxslərin metro stansiyasında qadına hücum səhnəsinin əks olunduğu video kadrları ictimailəşdirib. Lent.az-ın “Tagesspiegel”-ə istinadən verdiyi xəbərə görə, insident Berlin metropolitenində oktyabrın 27-də qeydə alınıb. Videoda dörd gəncdən birinin qadını  arxadan təpiklə vurması və sonuncunun zərbədən yerə yıxılması əks olunub.

 

Qeyd olunan videoçarx alman cəmiyyətində geniş rezonansa səbəb olub. Hadisənin miqrantlar tərəfindən törədildiyi ehtimal edilir. Polis video kadrları ictimailəşdirməklə cinayətkarın tezliklə müəyyən edilərək saxlanılmasına ümid edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar