Aprelin 30-dan Niderland krallığında yeni monarx işə başlayıb. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, 75 yaşlı kraliça Beatriks tacı oğlu 46 yaşlı Oran şahzadəsi Villem-Aleksandr təhvil verib.
Bununla da o, 123-ildən sonra taxt-taca çıxan ilk kişidir.
Xatırladaq ki, Beatriks cari il yanvarın 31-də 75 yaşı tamam olan gün tacdan oğlunun xeyrinə imtina edib. Beatriks Vilhelmina Armqrad Niderlandda, Barnda, Sustdeyk sarayında anadan olub. 1940-cı ilin mayında ailəsi ilə birlikdə Britaniyaya, oradan isə bir ay sonra bacısı İren və anası ilə birlikdə Kanadaya yollanıblar. Ailə 1945-ci il avqustun 2-də Nİderlanda qayıdıb.
O, 1961-ci ildə Leyden Universitetinin sosialogiya, iqtisadiyyat və dövlət hüququ fənləri üzrə təhsil alıb.
1965-ci il iyunun 28-də Beatriks Klaus fon Amsberqlə evlənib. 1966-cı il martın 10da o, əri ilə birlikdə varis elan olunub.
1980-ci il aprelin 30-da kraliça Yulian 71 yaşı tamam olan gün taxt-tacdan Betariksin xeyrinə imtina edib. Həmin gündən etibarən o, 33 il kraliça olub.