Bu gecə Brüsseldə Milli Kriminologiya İnstitutunun yanında partlayış baş verib.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, gecə saat 03.00 radələrində naməlum şəxslər institutun darvazasını qırıb içəri giriblər.
Onlar laboratoriyada partlayıcı qurğunu işə salıblar. Nəticədə yanğın baş verib. Hadisə zamanı binada heç kim olmadığından xəsarət alan olmayıb.
Qeyd edək ki, Milli Kriminologiya İnstitutu Belçikanın Ədliyyə Nazirliyinə tabedir.