Britaniya Ukraynanın təhlükəsizliyinin təminatçısı olduğunu unutmayıb
02 mart 2014 03:10 (UTC +04:00)

Britaniya Ukraynanın təhlükəsizliyinin təminatçısı olduğunu unutmayıb

«Britaniya Krımda baş verənlərlə bağlı təcili məsləhətləşmələr haqda Ukraynanın istəyini dəstəkləyir». Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, rəsmi Kiyev Budapeşt memorandumu ilə bağlı ABŞ və Britaniya hökumətlərinə müraciət edərək, ölkənin suverenliyə və ərazi bütövlüyü ilə bağlı toplantı keçirilməsini istəyib.

 

Britaniyanın xarici işlər naziri Uilyam Heyq məsələ ilə bağlı bunları bildirib: «Biz ABŞ, Britaniya, Rusiya və Ukrayna arasında imzalanan Budapeşt memorandumu əsasında təcili müşavirənin keçirilməsi ilə bağlı Ukrayna hakimiyyətinin istəyini dəstəkləyirik».

 

Xatırladaq ki, həmin memorandum çərçivəsində Ukrayna nüvə silahından imtina etməsi qarşılığında təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024
avatar

Oxşar yazılar