Britaniya hakimiyyəti polisin maaşını kəsəcək. Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, asayiş keşikçilərinin illik əmək haqqı 19 min funt (24 min manata yaxın) olacaq. Əvvəllər isə 23 min funt olub.
Mənbənin bildirdiyinə əsasən, Britaniyanın daxili işlər naziri Tereza Mey polis arbitrajının təqdimatı üzrə hərəkət edib. Bununla da polisin bütünlükdə 1,6 milyard dollar həcmində xərclərini azaldacağı ehtimal edilir.
Nazirin açıqlamasına görə, polis sistemində modernləşdirmə üçün islahat aparmaq vacibdir. Mövcud əmək müqavilələrin isə 30 il öncə hazırlandığını və indiki gerçəkliyə cavab vermədiy də vurğulanıb.
Mənbənin xatırlamasında bildirilib ki,bu islahata hələ 2012-ci ildə polis etiraz aksiyası keçirmişdi. Onda Londonun mərkəzinə 30 minə yaxın polis toplaşmışdı.