Böyük Britaniya Şərqi Avropadakı hərbi kontingentini gücləndirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bildirib.
“Biz NATO-nu gücləndirməkdə davam etdirməliyik. Rusiya prezidenti Vladimir Putin bilməlidir ki biz kollektiv təhlükəsizliyə dair öhdəliyə sadiqik”, deyə o “BBC”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, gələn il Britaniya Şərqi Avropaya 1000 hərbçi, 2017-ci ildə isə daha 3000 hərbçi göndərməyi planlaşdırır. Bundan başqa Baltikyanı ölkələrdə patrul missiyasını həyata keçirən Britaniyanın 4 “Typhoon” tipli qırıcı təyyarəsi gələn il də orada qalacaq.
Bundan başqa çevik “qaynar nöqtə”lərə dərhal göndərilməsi nəzərdə tutulan Britaniyada xüsusi təyinatlı çevik hərbi birləşmə yaratmaq planlaşdırılır.