Bosforun altından 3 mərtəbəli tunel tikiləcək
29 iyul 2017 04:37 (UTC +04:00)

Bosforun altından 3 mərtəbəli tunel tikiləcək

0

İstanbulda Bosfor boğazının altından yeni tunel tikiləcək.

 

Trend-in məlumatına görə, bu gün proses çərçivəsində kəşfiyyat işləri başlayıb.

 

6,5 kilometr uzunluqda olacaq tuneldən yüklərin daşınması, eləcə də avtomobillərin keçidi nəzərdə tutulur.

 

3 mərtəbədən ibarət olacaq yeni tunel dənizin 110 metr dərinliyindən keçəcək. Tunel İstanbulun Avropa və Asiya hissəsini birləşdirəcək. Layihənin dəyəri 3,5 milyard dollardır.

 

Qeyd edək ki, İstanbulda 2016-cı ildə istifadəyə verilən "Avrasiya" tuneli boğazın 106,4 metr dərinliyindən keçir, ümumi uzunluğu isə 5,4 kilometrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar