BMT TŞ Yerusəlimə dair təcili iclas keçirəcək
23 iyul 2017 03:46 (UTC +04:00)

BMT TŞ Yerusəlimə dair təcili iclas keçirəcək

0

BMT Təhlükəsizlik Şurası iyulun 24-də Yerusəlimdəki vəziyyətlə əlaqədar təcili iclas keçirəcək.

 

APA-nın xəbərinə görə, bu barədə “Röyters”ə diplomatik mənbə bildirib.   

 

Bundan əvvəl İsveç, Fransa və Misir TŞ-i  Yerusəlimdəki  vəziyyətlə bağlı  təcili iclas keçirməyə çağırıblar.

 

Yerusəlimdə vəziyyət gərgin olaraq qalmaqdadır. Son iğtişaşlar zamanı 3 fələstinli ölüb, onlarla şəxs isə xəsarət alıb.  

 

İsrail hökumətinin Əl-Aqsa məscidində yeni təhlükəsizlik qaydalarının tətbiqi fələstinlilər tərəfdən sərt qarşılanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar