Avqustun 29-da ABŞ, Britaniya, Fransa, Rusiya və Çin təmsilçiləri BMT Təhlükəsizlik Şurasının Suriya üzrə keçirdikləri toplantı da nəticəsiz başa çatıb.
Lent.az-ın məlumatına görə, iclas bir 45 dəqiqə sürüb.
***
22.25
Avqustun 29-da BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvü ABŞ, Britaniya, Fransa, Rusiya və Çin Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu toplantının keçirilməsinin təşəbbüskarı Rusiyadır.
Yığıncaq Nyu-York vaxtı ilə saat 14.30-da (Bakı vaxtı ilə 23.30) başlayacaq.