BMT sülhməramlılarını daşıyan helikopter qəzaya uğradı
26 iyul 2017 20:27 (UTC +04:00)

BMT sülhməramlılarını daşıyan helikopter qəzaya uğradı

0

Malinin şimalında BMT sülhməramlı kontingentinə məxsus hərbi helikopter qəzaya uğrayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza zamanı helikopterdə 2 almaniyalı hərbçi olub, onların taleyi barədə hələ ki, məlumat yoxdur.

 

BMT missiyasının nümayəndəsi Əhməd Makayl “Tiger” helikopterində Almaniya vətəndaşlarının olduğunu təsdiqləyib.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar