BMT daha bir ölkəni səsvermə hüququndan məhrum etdi
25 fevral 2017 05:27 (UTC +04:00)

BMT daha bir ölkəni səsvermə hüququndan məhrum etdi

Venesuela üzvlük haqqının ödənilmədiyi səbəbindən BMT Baş Assambleyasında səsvermə hüququnu itirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Srefan Düjarrik bildirib.

 

“BMT-nin Xartiyasına uyğun olaraq, hazırda 6 ölkə səsvermə hüququndan məhrumdur. Bunlar Kabo-Verde, Liviya, Papua-Yeni Qvineya, Sudan, Vanautu və Venesueladır”, deyə S. Düjarrik bildirib.

 

BMT-yə 24 milyon dollar borcu olan Venesuela son üç il ərzində ikinci dəfədir ki,  səsvermə hüququndan məhrum edilir. BMT katibliyi borclu ölkələri təşkilatda tam üzvlüklərini bərpa etmək üçün tezliklə borclarını ödəməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar