PKK terror təşkilatının hərbi qolu olan HPG qruplaşması Bitlis əyalətində 12 türk hərbçisinin ölümü ilə nəticələnən son iki hücuma görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı açıqlamada bildirilir.
Məlumata görə, aprelin 25-də HPG terror qruplaşmasının qadınlardan ibarət “YJA-Star” dəstəsi Şeyx Kuma rayonunda yerləşən hərbi hissəni qumbaraatanlardan atəşə tutub. Nəticədə 10 hərbçi həlak olub.
Aprelin 26-da HPG terrorçuları Hizan rayonunda hərbçiləri atəşə tutublar. Nəticədə iki hərbçi həlak olub.