Bitkoininin kursu 19 min dollarlıq həddi ötüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CoinMarketCap portalı məlumat yayıb.
Məlumata əsasən, bitkoin 19,06 min dollardan 19,14 minə qədər bahalaşıb.
Qeyd edək ki, bir neçə gün öncə FED-in rəhbəri C.Yellen “Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur. Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi bitcoinlə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil”,- deyə bildirib.