Türkiyənin məşhur teleaparıcısı, “Kanal D” telekanalının xəbər proqramının rəhbəri Mehmet Ali Birand xəstəxanaya aparılıb.
Lent.az-ın verdiyi məlumata görə, “Kanal D” telekanalının yaydığı rəsmi məlumatda bildirilir ki, Mehmet Ali Birand öd kisəsindəki stendin dəyişdirilməsi üçün xəstəxanaya yerləşdirilib.
Mehmet Ali Birandın müalicəsi davam edir.