Binali Yıldırım Konstitusiyadan danışdı
26 iyul 2016 02:55 (UTC +04:00)

Binali Yıldırım Konstitusiyadan danışdı

Türkiyə hökuməti siyasi partiyalarla birgə ölkə Konstitusiyasına dəyişikliklər edilməsi üzərində işləyəcək.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nazirlər kabinetinin növbədənkənar iclasından sonra Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.

 

“Dövlət başçısının siyasi partiyaların liderləri ilə görüşündə Konstitusiyaya cüzi dəyişikliklər edilməsinə dair qənaətə gəlinib. Bu dəyişikliyin əsaslarını hazırlamaq üçün siyasi partiyalarla birgə çalışacağıq”, deyə baş nazir bildirib

 

Qeyd edək ki, iyulun 25-də Türkiyə  prezidenti  Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə görüşüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar