Gürcüstanın baş naziri Bidzina İvanişvili yaxın günlərdə istefa verəcək.
Lent. az-ın məlumatına görə, Gürcüstan hökumətinin başçısı bu barədə hələ bir müddət öncə özü deyib. Baş nazir bildirib ki, prezident seçkilərindən sonra istefa verərək siyasətdən gedəcək.
Baş nazir Gürcüstanın yeni prezidenti Georgi Margvelaşvilinin andiçmə mərasimindən sonra istefa verəcək.
Xatırladaq ki, İvanişvili ötən il keçirilən parlament seçkilərində Gürcüstan prezidenti Mixael Saakaşvilinin partiyasına qalib gələrək baş nazir olub. O, Gürcüstanın ən böyük biznesmenlərindən biridir. “Forbes” jurnalının yazdığına görə, İvanişvilinin varidatının həcmi 5,5 milyard dollara bərabərdir.