İtaliyanın baş naziri Silvio Berluskoni keçmiş həyat yoldaşı Veronika Larioya hər gün 100 min avro ödəməlidir.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Milan Məhkəməsi 3 ay davam edən boşanma prosesindən sonra qərar verib.
Başqa sözlə, Silvio Berluskoni hər ay 3 milyon dollar “aliment” ödəyəcək və bu da 3 övlad anası olan Veronika Larionun 22 il firəvan yaşaması deməkdir.
Qeyd edək ki, boşanma təşəbbüsü Veronika Lariodan gəlib. O, Silvio Berluskoninin gənc qızlara hədsiz maraq göstərməsini özü üçün təhqiramiz sayıb. Silvio Berluskoninin bayram tədbirinə 18 yaşlı Noemi Letitstsii ilə getməsi Veronika Larionun səbrinə son qoyub.
Bununla belə, hazırda 76 yaşı olan Silvio Berluskoni 6-cı dəfə baş nazir postu uğrunda mübarizəyə hazırlaşır. O, az əvvəl özündən 48 yaş kiçik Françeska ilə nişanlı olduğunu açıqlayıb...