Berlin Texniki Universitetinin qovulmuş tələbəsi təhsil müəssisəsinin partlatmaqla hədələyib.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, o, professorlardan birindən onu universitetə bərpa etməyi tələb edib. Professor bunu terror aksiyası kimi qəbul edərək, polisi çağırıb.
Tələbə hüquq-mühafizə orqanlarına könüllü olaraq, təslim olub.
Polis baş verən olayla bağlı bildirib:«Hər şey uğurla başa çatdı. O, könüllü olaraq, təslim oldu. Onun üzərindən partlayıcı maddə aşkarlanmayıb. Araşdırma aparılır».