Dünən Almaniyanın paytaxtı Berlində baş verən qanlı olayla bağlı ilginc detallar ortaya çıxıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, dünən gecə Yeni il yarmarkasına yük maşını ilə qəsdən hücum edən sürücünün 23 yaşlı pakistanlı bir qaçqın olduğu bəlli olub.
Almaniyaya ötən il gələn miqrant kimi gələn şəxs yük maşınının polşalı sürücüsünü öldürərək yanında daşıyırmış. Hadisəni törətdikdən sonra qaçan miqrantın yaşadığı Berlindəki qaçqın düşərgəsində axtarış-əməliyyat tədbirlərinə başladılıb.
Qeyd edək ki, hadisə zamanı 12 nəfər ölüb.