Belarusun kənd təsərrüfatı nazirinin müavini Aleksandr Subbotin Rusiya Kənd Təsərrüfatına Dövlət Nəzarəti Xidmətinin (Rosselxoznadzor) rəhbərinə heyvan mənşəli məhsulların Rusiyaya tədarükünün dayandırıldığını bildirib.
APA-nın RNS-ə istinadən verdiyi xəbərə görə, bundan başqa, Belarusun 9 şirkətinin istehsal etdiyi mal-qara yemlərinin də Rusiyaya ixracı dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl Rosselxoznadzor qaçaqmalçılıq risklərinin olması səbəbindən Afrika ölkələrinə məxsus meyvələr, göbələk və soğanın Belarus ərazisindən ölkəyə tədarük olunmasına qadağa qoyub.