Pakistanın Kvetta şəhərində bazarda partlayış törədilib, nəticədə 15 nəfər ölüb, 40 nəfər xəsarət alıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan DİN-in Belucistan əyaləti üzrə nümayəndəsi Sarfraj Buqqi deyib.
Məlumata görə, partlayış motosikletlə hərəkət edən terrorçu-kamikadze tərəfindən törədilib.
İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.