Barselonada üç polisi maşın vurdu
17 avqust 2017 22:17 (UTC +04:00)

Barselonada üç polisi maşın vurdu

0

Barselonada avtomobil üç polis əməkdaşını vurub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insidentin az əvvəl şəhərin mərkəzində törədilən analoji hadisə ilə əlaqəli olub-olmaması məlum deyil.  

 

İnsidentin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi istisna olunmur.

 

Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.  

 

Qeyd edək ki, bu gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar