Banqladeşdə İslam Partiyasının sədri və keçmiş nazir edam olunacaq
31 yanvar 2014 04:48 (UTC +04:00)

Banqladeşdə İslam Partiyasının sədri və keçmiş nazir edam olunacaq

Banqladeş məhkəməsi 14 nəfər barəsində ölüm hökmü çıxarıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar Hindistandakı yaraqlılara silah tədarük etməkdə ittiham olunub.

 

Edama olunacaqlar arasında Banqladeş Camaat-e- İslami Partiyasının lideri Matiur Rəhman Nizami və ölkənin keçmiş daxili işlə naziri də var.

Onlar 2004-cü ildə balıqçı qayıqları ilə  dörd mindən artıq odlu silah və başqa hərbi sursat ötürməkdə suçlu bilinib.

 

İslam Partiyasının lideri məhkəmənin hökmündən şikayət edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622
avatar

Oxşar yazılar