Azərbaycanlının maşınından 9 milyon apardılar
16 avqust 2014 11:55 (UTC +04:00)

Azərbaycanlının maşınından 9 milyon apardılar

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlının avtomobilinə basqın edilib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə dünən saat 16:00-da baş verib. Çaqinskaya küçəsində Bakıdan gələn avtomobilə hücum olunub. Sürücü görüb ki, onun idarə etdiyi maşının yanında “Nissan” markalı avtomobil dayanıb. Maşın dan 4 nəfər düşüb. Onlar sürücünü maşından düşürüblər və onu tapança ilə qorxudublar. Azərbaycanlının maşınını əziblər. Avtomobildə olan 9 milyon rubl (təqribən 300 min dollar) pul götürülüb.

Daha sonra onlar maşına minərək naməlum istiqamətə gediblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2525
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar