Azərbaycanlı səfir Əmirliyin dövlət naziriylə görüşdü
02 may 2017 14:50 (UTC +04:00)

Azərbaycanlı səfir Əmirliyin dövlət naziriylə görüşdü

0

Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov bu ölkənin xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaşla görüşüb.

Səfirlikdən Lent.az-a vreilən məlumata görə, səfir Azərbaycan və Ərəb Əmirliklərini bağlayan siyasi və dostluq əlaqələrinin yüksək səviyyədə olduğuna dair məmnunluğunu ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş BƏƏ ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini dövlət nazirinin diqqətinə çatdırıb. Yüksək səviyyədə səfər mübadilələri kontekstində BƏƏ vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun 2015-ci ilin aprelində Azərbaycana və dövlətimizin başçısının 2016-cı ilin fevralında Ərəb Əmirliklərinə uğurlu rəsmi səfərlərini məmnunluqla xatırlayıb. Həmin səfərlərin qarşılıqlı əlaqələrin daha da inkişaf etməsinə misilsiz töhfələri səfir D.Şikarov tərəfindən vurğulanıb.

Sonra səfir D.Şikarov turizm sahəsində dinamik inkişafda olan əməkdaşlığa nəzər salaraq, Azərbaycan prezidentinin  BƏƏ vətəndaşlarına və istisna olaraq BƏƏ rezident vizasına malik əcnəbi vətəndaşlara münasibətdə viza rejiminin sadələşdirilməsi ilə əlaqədar iki mühüm qərarını xatırladıb və bu gün bu müdrik addımların bəhrəsini rəqəm ifadəsində gördüyümüzü xüsusilə qeyd edib. Diqqətə çatdırıb ki, 2016-cı ildə ölkəmizi 70.000-ə qədər BƏƏ vətəndaşı ziyarət edib, bu da ötən illərlə müqayisədə 30 dəfə artım deməkdir. Dubay və Şarcadan Bakıya həftəlik birbaşa uçuşlar 32 uçuşa çatıb. İyun ayında isə “Fly Dubai” şirkəti tərəfindən Dubaydan BƏƏ vətəndaşlarının rəğbətini qazanmış Qəbələ rayonuna müntəzəm şəkildə birbaşa uçuşlar həyata keçiriləcəkdir.

Bunun müqabilində, doktor Ə.Qarqaş Azərbaycan Prezidentinin məlum iki qərarının BƏƏ ilə ikitərəfli əlaqələrə verdiyi xüsusi əhəmiyyətin təzahürü kimi yüksək dəyərləndirib.

Ardınca Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son durum barəsində dövlət nazirinin sualını cavablandırdığı zaman səfir D.Şikarov fürsətdən istifadə edərək dəstəkverici və ardıcıl mövqeyinə görə BƏƏ dövlətinə təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar