Azərbaycanlı Rusiyada yüksək vəzifəyə təyin olundu
14 yanvar 2013 18:44 (UTC +04:00)

Azərbaycanlı Rusiyada yüksək vəzifəyə təyin olundu

Rusiyanın Rabitə və Kütləvi Kommunikasiya Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinə yeni direktor təyin olunub. Lent.az-ın məlumatına görə, bu, əslən azərbaycanlı Rəşid İsmayılovdur.

 

Bu təyinatadək İsmayılov “Huawei Technologies” şirkətində servis, alış və çatdırılma üzrə vitse-prezident vəzifəsində çalışıb. Onun fəaliyyət sferasına Rusiya, Ukrayna, Belarus və Ermənistanı əhatə edən “Rusiya” regionu daxil olub.

 

Yeni vəzifədə həmyerlimiz rabitə və kütləvi kommunikasiyalarla bağlı beynəlxalq əlaqələrin inkişafı, əcnəbi tərəfdaşlarla qarşılıqlı münasibətlərin genişləndirilməsi, habelə, Rusiyanın qlobal telekommunikasiya bazarında liderlərdən biri kimi imicinin möhkəmləndirilməsini kurasiya edəcək.

 

Qeyd edək ki, Rəşid İsmayılov 2 noyabr 1965-ci ildə Bakıda anadan olub. O, 1982-ci ildə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin internat məktəbini başa vurub. 1988-ci ildə İsmayılov Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini, 2007-ci ildə Moskva Dövlət Texniki Universitetini bitirib. Nazirliyin yeni əməkdaşı poliqlotdur. O, ingilis, italyan, portuqal, türk dillərində sərbəst danışır, ispan, alman və fransız dillərini bilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5542
avatar

Oxşar yazılar