Pakistandakı səfirliyimizin mühafizəsi gücləndirilib
15 yanvar 2013 17:28 (UTC +04:00)

Pakistandakı səfirliyimizin mühafizəsi gücləndirilib

Pakistan Konstitusiya Məhkəməsi ölkədə davam edən kütləvi etiraz aksiyalarını səbəb göstərərək hökumətin buraxılması barədə qərar verib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, baş nazir Raja Pərviz Əşrəfin səlahiyyətinə son qoyan Konstitusiya Məhkəməsi eyni zamanda korrupsiyanı səbəb göstərərək aralarında Raja Pərviz Əşrəf və nazirlər də olmaqla, 16 nəfər barədə həbs qərarı verib.

 

Konstitusiya Məhkəməsi Raja Pərviz Əşrəfin su və enerji naziri olduğu dönəmdə müxtəlif layihələrə görə, rüşvət aldığı və ölkəyə böyük zərər vurduğu üçün belə qərar verdiyini açıqlayıb. Həbs edilən Raja Pərviz Əşrəf sabah məhkəməyə çıxarılması gözlənilir. Pakistan baş nazirinin müşaviri Favada Çodri isə Konstitusiya Məhkəməsinin qərarını demokratiyaya qarşı “sakit çevrilişi” kimi xarakterizə edib. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarı daxili siyasətdə əhəmiyyətli rol oynamaqda davam edən güclü hərbi dairələrin iradəsinin ifadəsidir. Favada Çodri qeyd edib ki, Raja Pərviz Əşrəfi həbsə cəhd Konstitusiyaya ziddir, çünki o, baş nazir kimi məhkəmə təqibi ilə bağlı immunitetindən istifadə edir.

 

Azərbaycanın Pakistandakı səfirliyindən isə Lent.az-a bildirilib ki, hazırda Pakistan parlamentinin qarşısında yüz minlərlə insanın qatıldığı aksiya davam edir, aksiyada hökumət əleyhinə şüarlar səsləndirilir. Son olaylarla bağlı səfirliyin mühafizəsi də gücləndirilib. 

 

Bu arada Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Trend agentliyinə açıqlamasında deyib ki, Pakistanda hökuməti ölkədə diplomatik missiyaların təhlükəsizliyinin təmin olunması məqsədi ilə Azərbaycan səfirliyinin də yerləşdiyi diplomatik şəhərciyə aparan bütün yolları nəzarət altına alıb və  şəhərciyə giriş-çıxış məhdudlaşdırılıb. Səfirlik bu ölkədə müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına təhlükə barədə xəbərdarlıq edib və onları sayıq olmağa çağırıb. Səfirin sözlərinə görə, onlar istənilən təhlükənin yaranması zamanı səfirlikdəki "qaynar xəttə" müraciət edə bilərlər. Hazırda səfirliyin konsul uçotunda 35 azərbaycanlı ailəsi var. Ancaq Şikarov onların real sayının daha çox ola biləcəyini istisna etməyib. Çünki onların əksəriyyəti ölkənin regionlarında yaşayır və konsul uçotunda dayanmırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1627
avatar

Oxşar yazılar