Azərbaycanda hər kəsin öz “elektron kabinet”i olacaq
08 dekabr 2017 04:24 (UTC +04:00)

Azərbaycanda hər kəsin öz “elektron kabinet”i olacaq

Azərbaycanın hər bir vətəndaşı "vahid pəncərə" prinsipi ilə fəaliyyət göstərən "elektron kabinet"ə sahib olacaq.

 

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Hesablama Mərkəzindən deyiblər.

 

Mərkəzdən qeyd olunub ki, "e-kabinet" vasitəsilə elektron əməliyyatları həyata keçirmək və bütün elektron xidmətlərdən istifadə etmək mümkün olacaq.

 

"Elektron kabinet" "e-id.az" portalında fəaliyyət göstərəcək. Bu portal yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlandıqdan sonra istifadyə veriləcək.

 

 

Mərkəzdən o da məlumat verilib ki, elektron imzanın şəxsiyyət vəsiqəsinə inteqrasiyası infrastrukturu artıq hazırdır və bu funksiya vətəndaşların "elektron hökumət" portalında (e-gov.az) müxtəlif xidmətlərin, o cümlədən sığorta, internet bankçılıq, elektron ödəmələr kimi xidmətləri əldə etməsi üçün açar rolunu oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar