Avstriyanın keçmiş nazirinə 4 il iş kəsilib
15 yanvar 2013 02:25 (UTC +04:00)

Avstriyanın keçmiş nazirinə 4 il iş kəsilib

Avstriyanın keçmiş daxili işlər naziri Ernst Ştarsseri Vyana məhkəməsi korrupsiyada ittiham edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, keçmiş nazirə 4 il iş kəsilib. Mənbənin bildirdiyinə əsasən, o, 2010-cu ildə 100 min avro rüşvət almaq istəyib.

 

Britaniyada çıxan «Sandi Tayms» qəzetinin jurnalistləri hökumətin sabiq üzvünün Avroparlamentin qanununda dəyişiklik üçün «kompensasiya» «təklifini» kameraya çəkiblər.

 

Məhkəmə prosesində Ştrasser bildirib ki, o, jurnalistlərin ABŞ-ın gizli casusları olduğunu ehtimal etdiyindən onların «niyyətini anlamaqdan ötrü» belə danışıq aparıb.

 

Keçmiş nazirin apelliyasiyaya müraciət etmək imkanları hələ ki var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar