Avropa Birliyinin polis xidməti qitəyə qanunsuz mühacir gətirən cinayətkar şəbəkəyə qarşı geniş miqyaslı əməliyyat keçirib.
Lent.az-ın məlumatına görə, Avropanın onlara ölkəsində keçirilən əməliyyat nəticəsində yüzə yaxın adam həbs olunub.Əməliyyatda mindən çox polis iştirak edib.
Həbs olunanlar Əfqanıstan,Pakistan, Suriya, İraq və Türkiyədən qanunsuz mühacirləri gətirməkdə şübhəli bilinirlər.
Avropa polis xidməti qeyd edib ki, mühacirlər bir qayda olaraq, Avropaya Balkan ölkələrindən təhlükəli şəraitdə gətirilir.