
Avropanı sarsıdan Yaxın Şərq
APA.TV-nin efirində yayımlanan “Manşet” verilişinin bugünkü mövzusu Yaxın Şərqdə baş verənlərin Avropaya təsiri ilə bağlıdır. Siyasi ekspert İlqar Vəlizadə mövzu ilə bağlı aparıcı İlham Tumasın sualarını cavablandırıb.
- Yaxın Şərqdə gedən proseslər Avropaya təsir edir və təbii ki, burada Avropanın da günahı var. Bu il Böyük Britaniyada keçirilən referendum nəticəsində qüdrətli bir ölkənin Avropa İttifaqını tərk etməsi təşkilatın vəziyyətini ağırlaşdırdı. Onsuz da çətin vəziyyətdə olan Avropa İttifaqı daxilində yenidən müəyyən ixtilaf və problemlər baş qaldırmağa başladı.
- İtaliyada bir neçə gün öncə keçirilən referendumda hökumətin məğlub olması və baş nazir Matteo Renzinin istefa vermək istəməsi Avropa daxilində münasibətlərin qaydasında olmadığını üzə çıxardı. Hətta İtaliyada keçirilən referendumun nəticələrini Avropa İttifaqının dağılmasına təkan kimi səciyyələndirənlərə də rast gəlindi.
- İtaliya prezidenti başa düşür ki, baş nazirin istefasını qəbul etsə, növbədənkənar parlament seçkiləri keçirilməlidir ki, bu da populist çıxışlarla gündəmə gələnlərin hakimiyyəti ələ almasına səbəb olar.
- İtaliyada keçirilən referendumu Brexitlə əlaqələndirmək düzgün deyil. Bu tamam fərqli bir mövzudur. İtaliyada baş tutan referendum ölkədaxili proseslərə daha çox təsir edəcək. Avropa İttifaqı ilə münasibətlərə isə demək olar ki, təsir göstərməyəcək. Referendum İtaliyada bu günə qədər olan mövcud siyasi mexanizmi olduğu kimi saxlayıb. Yəni, heç bir dəyişiklik baş verməyib. Əslində referendum geniş islahatlara yol aça bilərdi. Lakin İtaliya xalqı referendumda “yox” deməklə, islahatları da rədd etdi.
- Avropa İttifaqı daxilində çox ciddi böhranlı vəziyyət hökm sürür. Bu həm iqtisadi, həm də siyasi çətinliklər fonunda özünü göstərir. Mövcud vəziyyət bu prosesin hələ uzun müddət davam edəcəyini deməyə əsas verir. Lakin Avropa ölkələri hələlik İttifaqın tərkibindən çıxmaq haqqında fikirlər səsləndirmirlər. Çünki İttifaqın daxilində hələ də, kifayət qədər təsirli mexanizmlər mövcuddur.
- Bu gün Yunanıstanın fonunda Avropa İttifaqı dövlətlərinin bir-birilərinə yardım göstərdiklərini və böhranlı vəziyyətdən çıxarmağa çalışdıqlarını görürük. Böyük Britaniyadan fərqli olaraq digər ölkələr elə də qüdrətli dövlətlər deyillər. Bu dövlətlər İttifaq ətrafında birləşməyə meyllidirlər.
- Türkiyə AB ilə 1986-ci ildən danışıqlara başlayıb və hələ də AB-yə daxil olmayıb. Bu, ikili standartdan savayı bir şey deyil. Rusiya isə yaranmış ziddiyyətlərdə öz siyasətini qurur və Avropada öz mövqelərini möhkəmləndirir.
Oxşar yazılar

Paşinyandan geri addım - Üzr istədi
18 avqust 2025 , 01:17
Putinin Ukrayna müharibəsinin bitməsi üçün şərtləri məlum oldu
17 avqust 2025 , 10:42
Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldı
17 avqust 2025 , 03:25
Məşhur çimərliyə giriş bağlandı
17 avqust 2025 , 02:41
Suriyanın paytaxtında PARTLAYIŞ
16 avqust 2025 , 23:42
Uels şahzadəsi həyat yoldaşı ilə yeni evə köçür
16 avqust 2025 , 22:12
Zelenski sülh müqabilində Donbası verməkdən imtina etdi
16 avqust 2025 , 21:19