Avropada Kibercinayətkarlıqla Mübarizə Mərkəzi fəaliyyətə başladı
15 yanvar 2013 11:33 (UTC +04:00)

Avropada Kibercinayətkarlıqla Mübarizə Mərkəzi fəaliyyətə başladı

Niderlandın Haaqa şəhərində Avropa İttifaqının Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (EC3 – European Cybercrime Centre) fəaliyyətə başlayıb.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mərkəzin rəhbəri Truls Erting təyin edilib.

 

Mərkəz əməkdaşları mütəşəkkil cinayətkar qrupların oğurlanmış kredit kartları və bank hesablarından istifadə edərək apardığı qeyri-qanuni onlayn fəaliyyətlə mübarizə aparacaqlar. Bundan başqa, EC3 Avropolun uşaq fahişəliyi, insan alveri, fərdi məlumatların oğurlanması ilə mübarizə işini asanlaşdırmalı, eləcə də Avropa İttifaqı ölkələrinin infrastrukturuna ziyan vuran  kütləvi kiberhücumların qarşısında durmağa kömək etməlidir.  Öz məqsədlərinə nail olmaq üçün yeni yaradılmış Mərkəz internetdə açıq mənbələrdən yararlanacaq, həmçinin Avropanın hüquq-mühafizə orqanlarını və fiziki şəxsləri əməkdaşlığa dəvət edəcək. Bundan əlavə, EC3  kibercinayətkarlıqla mübarizədə təlim bazası rolunda çıxış edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673
avatar

Oxşar yazılar