İtaliya polisi ölkənin ən qüdrətli mafiyanın Kaççola klanının bir neçə üzvünü həbs edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar Avropada kokain alverində itiham olunurlar.
Kaççola klanı Ndranqetuda - Kalabriy mafiyasına daxildir. Onlar əsas gəliri narkotik maddələrin satışından əldə edir.
Həbslər İtaliya ilə yanaşı, Almaniya və Niderlandda da keçirilib.
Mafiyanın həbsində polisə klan üzvlərindən birinin dul qadını yardım edib. Əri özünü gülləyəndən sonra qadın onun qohumlarını həyat yoldaşının ölümündə suçlu bilir.
Qadın qohumlarının ona qarşı pis rəftarına dözə bilməyib və uzun müddət polislə əlaqəyə girib.