Avropa Birliyi İsraili şoka salan qərar verib.
Lent.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, Avropa Birliyinin 28 üzv ölkəyə göndərdiyi sənəddə qeyd olunur ki, AB-ya üzv ölkələr İsrail ilə əməkdaşlıq edərkən Şərqi Qüds, İudeya və Samariyanın İsrailin tərkibinə daxil olmadığını nəzərə almalıdır.
Avropa Birliyinə üzv ölkələrdən Şərqi Qüds, İudeya və Samariyada yerləşən, yaxud fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına qrant, tələbə təqaüdü və mükafat ayırmaq qadağan olunub. Qadağa 1967-ci ildə İsrail tərəfindən işğal edilən Colan yüksəkliklərini də əhatə edir. Avropa Birliyinin bu addımı İsraildə şok effekt yaradıb. Bu, Avropa Birliyinin faktiki olaraq İsraildən 1967-ci il sərhədlərindən kənarda torpaq iddiasından əl çəkməsini tələb etməsidir. Avropa Birliyinin qərarı iyulun 19-da qüvvəyə minəcək. İsrail hökuməti Avropa Birliyinə hansı formada cavab verəcəyini hələ müəyyənləşdirə bilməyib.