ABŞ-ın sabiq prezidenti Corc Buş Hyuston xəstəxanasından evə buraxılıb.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, aprelin ortalarında pnevmoniya ilə əlaqədar xəstəxanaya yerləşdirilən eks-prezident cümə günü evə buraxılıb.
“Corc Buşa müvafiq tibbi yardım göstərilib. Onun həyatına təhlükə olmadığı bildirilir”, deyə sabiq prezidentin nümayəndəsi bildirib.
1989-1993-cü illərdə prezident postunu tutan Corc Buş hazırda həyatda olan ABŞ eks-prezidentlərinin ən yaşlısıdır.
Qeyd edək ki, 92 yaşlı C.Buş parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.