Araz Abdullayev komandasını 1/8 finala çıxardı
29 noyabr 2017 22:38 (UTC +04:00)

Araz Abdullayev komandasını 1/8 finala çıxardı

Kipr Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Araz Abdullayevin çıxış etdiyi “Anortosis” də növbəti matçını keçirib.

 

Famaqustalılar səfərdə “Ksilotimpu” ilə üz-üzə gəliblər. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Araz 90 dəqiqə meydanda olub. O, komandasnın qollarından birində məhsuldar ötürmənin sahibi olub. 74-cü dəqiqədə Abdullayevin künc zərbəsindən ötürməsini başla qapıdan keçirən Viktor hesabı bərabərləşdirib. Bundan iki dəqiqə sonra isə Sisse qələbə qoluna imza atıb.

 

Qeyd edək ki, “Anartosis” bu nəticə ilə 1/8 finala yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar