Macarıstan Respublikası Dövlət Məclisinə seçkilər bu il aprelin 6-da keçiriləcək.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda bəyanatla ölkə prezidenti Yanoş Ader çıxış edib.
Mənbə bildirib ki, seçkidə qələbəyə daha şanslı baş nazir Viktor Orbanın partiyası Macarıstan Vətəndaş Birliyi Partiyası sayılır. Yanvarda keçirilən rəy sorğusuna əsasən ölkə əhalisinin 47 faizi bu siyasi qurumu dəstəkləyəcəyini bildirib.
Sonrakı yeri 27 faiz səslə Macarıstan Sosialist Partiyası gəlir. Müxalifətdə olan «E-14» Partiyası və Demokratik Partiyasına rəyi soruşulanların 5 faizi səs verib.
Ultrasağ «Daha yaxşı Macarıstan uğrunda» Partiyasını respondentlərin 11 faizi dəstəklədiyini bildirib.