Ankaranın bələdiyyə sədri istefa verdi: "Əmir dəmiri kəsər"
Türkiyənin paytaxtı Ankaranın bələdiyyə sədri Melih Gökçek istefa verib.
Lent.az "sozcü"-yə istinadən bildirir ki, Melih Gökçek bu gün Ankara Böyük Şəhər Bələdiyyəsinin məclisini toplayıb. O, istefasını da orada elan edib.
M.Gokçe deyib ki, prezidentin təlimatını yerinə yetirir:
“Əmir dəmiri kəsər. Prezidentim Rəcəb Tayyib Ərdoğanın əmrinə tabe olduğum üçün istefa verirəm”.
Melih Gökçek onu da bildirib ki, Anakara Böyük Şəhər Bələdiyyəsi dünyanın ən yaxşı bələdiyyələrindəndir: "Bizdən əvvəl krantlardan palçıq axırdı".
Onu da qeyd edək ki, Melih Gökçek son 5 seçkidə sədr seçilib, 23 ildir ki, Ankara Böyük Şəhər Bələdiyyəsində çalışır.
222