DƏHŞƏT! Ana oğlunu öldürüb çamadanla birgə basdırdı
26 iyul 2014 11:20 (UTC +04:00)

DƏHŞƏT! Ana oğlunu öldürüb çamadanla birgə basdırdı

Şotlandiyanın Edinburq şəhərində ana üç yaşlı oğlunu döyərək öldürüb. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ana oğlunu ölümcül döydükdən sonra xəstəxanaya aparmayıb. Səhər yuxudan duranda oğlunun cansız bədənini görən qadın onun meyitini çamadana qoyaraq bacısının evinin həyətində basdırıb.

 

Hadisədən iki gün keçəndən sonra qadln polisə müraciət edərək oğlunun "itkin düşdüyünü" deyib.

 

Faktla bağlı araşdırma aparan polis həmin qadının bir neçə gün əvvəl sosial şəbəkədə “Oğluma qarşı çox aqressivəm” statusuna rast gəlib. Bundan şübhələnən polis əməkdaşları qadını sorğu-suala tutublar və ana etdiyi cinayəti etiraf edib.

 

Qeyd edək ki, polis uşağın bədənində 40-dan çox ölümcül zərbə izi aşkarlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3055

Oxşar yazılar