Leypsiq şəhərində saxlanılan miqrant Rusiyanın Almaniyadakı səfirliyi qarşısında terror aktı törətməyi planlaşdırırmış.
APA-nın məlumatına görə, bu barədə “Der Tagesspiegel” qəzetinə hüquq-mühafizə orqanlarından bildiriblər.
Ötən gün Almaniya polisi terror aktı hazırlamaqda şübhəli bilinən miqrantı saxlayıb. 25 yaşlı Mərakeş əsilli oğlan aprelin 8-də Leypsiq şəhəri yaxınlığında qaçqın düşərgəsində keçirilən əməliyyat zamanı tutulub. İlkin məlumata əsasən, o, Almaniyanın paytaxtı Berlində terror aktı törətməyi planlaşdırırmış.