Almaniya hökuməti buraxıldı
24 oktyabr 2017 22:17 (UTC +04:00)

Almaniya hökuməti buraxıldı

Almaniya prezidenti Frank Valter Ştaynmayer hökuməti buraxıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mərasim prezidentin rəsmi iqamətgahı sayılan “Belvü” sarayında  keçirilib.

 

Frank Valter Ştaynmayer bundan əvvəl kansler Angela Merkeldən Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək hökumət başçısı vəzifəsini icra etməyi xahiş edib.

 

Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasının bir neçə həftə çəkəcəyi bildirilir.

 

Qeyd edək ki, 19-cu çağırış Bundestaqın bu gün keçirilmiş birinci iclasında sabiq maliyyə naziri Vofqanq Şoyble parlamentin prezidenti seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar