Almaniya 2016-cı ildə qaçqınlara dəstək üçün 30 mlrd. avro vəsait xərcləyib, bu il isə bu göstərici az olacaq.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bildirib.
Qeyd edək ki, Aİ-nin “Frontex” agentliyinin məlumatına əsasən, 2015-ci ildə Avropa İttifaqına 1,8 mln. miqrant gəlib.