Ali Məhkəmə Kataloniya hökumətinin iddiasını rədd etdi
26 oktyabr 2017 21:14 (UTC +04:00)

Ali Məhkəmə Kataloniya hökumətinin iddiasını rədd etdi

İspaniya Ali Məhkəməsi Kataloniya rəhbərliyinin Madridin ölkə Konstitusiyasının region muxtariyyətinin ləğvinə imkan yaradan 155-ci maddəsinin tətbiqinə dair qərarından verdiyi iddiasını rədd edib.

 

APA-nın  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarında bildirilir ki, iddianın təmin edilməməsinə əsas hökumətin qəbul etdiyi qərarın Senata təqdim edilməsi prosedurunun yenicə başlamasında və bunun hələ ki hüquqi nəticəsinin olmamasındadır.     

 

Qeyd edək ki, İspaniyanın Nazirlər Şurası oktyabrın 21-də keçirdiyi təcili iclasda Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib.

 

Nazirlər Kabinetinin qərarı Kataloniya hökumətinin idarəçilikdən kənarlaşdırılmasını, bölgədə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur.

 

Qərar Senat tərəfindən təsdiq olunmalıdır.  İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək. 

 

Kataloniya rəhbərliyi Madridin qeyd olunan qərarından Ali və Konstitusiya Məhkəmələrinə şikayət edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163

Oxşar yazılar

Zelenski kral Çarlsla görüşdü

Zelenski kral Çarlsla görüşdü

2 mart 2025 , 22:29
Tramp Zelenski üçün  hazırlanan naharı   yeyib - Menyuda nə olduğu AÇIQLANDI

Tramp Zelenski üçün hazırlanan naharı yeyib - Menyuda nə olduğu AÇIQLANDI

2 mart 2025 , 21:50
Tanınmış türkiyəli müğənni vəfat etdi

Tanınmış türkiyəli müğənni vəfat etdi

2 mart 2025 , 21:31
Rusiyada ATIŞMA:  yaralılar var

Rusiyada ATIŞMA: yaralılar var

2 mart 2025 , 21:16
Gideon Saar, İsrail xarici işlər naziri

İsrail Suriyanın yeni hakimiyyətini hədələdi

2 mart 2025 , 18:25
Donald Tramp, ABŞ Prezidenti

Tramdan 3 ölkəyə qarşı növbəti tapşırıq

2 mart 2025 , 17:45
Bu aparat Aya endi

Bu aparat Aya endi

2 mart 2025 , 16:11
Abdolnaser Hemmati, İran iqtisadiyyat və maliyyə naziri

Pezeşkianın nazirini qovdular

2 mart 2025 , 15:48