Aİ və ABŞ nümayəndələri İrəvan hadisələrini müzakirə etdilər
03 avqust 2016 07:40 (UTC +04:00)

Aİ və ABŞ nümayəndələri İrəvan hadisələrini müzakirə etdilər

Aİ-nin Ermənistandakı müvəqqəti işlər müvəkkili Andrea Xalupova və ABŞ-ın ölkədəki səfirliyinin siyasi-iqtisadi şöbəsinin rəhbəri Metyu Yussen  Ermənistanın ombudsmanı Arman Tatoyanla keçirilən görüşdə Ermənistandakı son hadisələri müzakirə ediblər.

 

APA-nın xəbərinə görə, bu barədə məlumatı Aİ nümayəndə heyətinin İrəvandakı ofisindən məlumat veriblər.

 

“Tərəflər gücdən istifadəni pisləyərək, son günlərin hadisələrini müzakirə ediblər və qeyd ediblər ki, istənilən münaqişənin dinc yolla nizamlanmasının vacibliyini qeyd ediblər. İnsan haqlarının, sərbəst toplaşma və ifadə azadlığı hüquqlarının pozulması, həmçinin nifrətin aşılanması halları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, polisin gücdən həddindən çox istifadə etməsi və kütləvi saxlanılmalar kimi hallar da müzakirə edilib. Qeyd olunan halların şəffaf və effektiv araşdırılmasının vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376
avatar

Oxşar yazılar