Avropa İttifaqı bu ilin sonunadək dövlət idarəçiliyində islahatların aparılması və qanunun aliliyinin dəstəklənməsi üçün Ukraynaya 160 mln. avro ayırmaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının məlumatında bildirilir.
Qeyd edək ki, noyabrın 14-də Brüsseldə Aİ-Ukrayna sammiti keçirilib. Sammitdə Ukraynada korrupsiya ilə mübarizə üçün 16 mln. avronun ayrılmasına dair saziş imzalanıb.