Türkiyədə DBP/HDP bələdiyyələrinə yönəlmiş istintaq çərçivəsində daha iki nəfər saxlanılıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, ötən həftə vəzifəsindən uzaqlaşdırılan Mardin Bələdiyyə sədri Ahmet Türk ilə Artuklu Bələdiyyə sədri Emin İrmak tutulub.
Vəzifəsindən kənarlaşdırılarkən bunun bir iftira kampaniyası olduğunu deyən A.Türkün yerinə Mardin valisi Mustafa təyin olunub.