Ağladığı üçün 5 yaşlı uşağı ikinci mərtəbədən atdı
25 sentyabr 2017 19:08 (UTC +04:00)

Ağladığı üçün 5 yaşlı uşağı ikinci mərtəbədən atdı

0

Rusiyanın Yakutiya şəhərində 50 yaşlı qadın rəfiqəsinin 5 yaşlı oğlunu ikinci mərtəbədən atıb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, qadın rəfiqəsi  ilə birgə əyləncə təşkil ediblər. İstintaqa əsasən, rəfiqəsinin 5 yaşlı oğlu yüksək səslə ağlamağa başlayıb. Uşağın ağlamaq səsindən əsəbləşən qadın uşağın qolundan tutub ikinci mərtəbədən aşağı atıb.

 

Xoşbəxtlikdən uşaq yumşaq otların üstünə düşüb və ağır xəsarət almayıb.

 

Cinayəti törədən qadın tutulub, haqqında azyaşlının həyatına qəsd etmək maddəsi ilə cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar