Ağ Evin yeni departament rəhbəri Trampdan üzr istədi
22 iyul 2017 06:49 (UTC +04:00)

Ağ Evin yeni departament rəhbəri Trampdan üzr istədi

0

Ağ Evin kommunikasiyalar üzrə yeni rəhbəri  Entoni Skaramuççi seçkiqabağı kampaniya zamanı Hillari Klintonu dəstəklədiyinə görə ABŞ prezidenti Donald Trampdan üzr istəyib.

 

APA-nın məlumatına görə, bu barədə “The Hill” xəbər verib.

 

“Bu mənim siyasətdə təcrübəsizliyimdən irəli gələn ən böyük səhvim olub. Həqiqətən , mən prezident seçkiləri ərəfəsində digər namizədi dəstəkləmişəm. Cənab prezident, əgər məni eşidirsinizsə, buna görə bir daha üzr istəyirəm”, deyə E.Skaramuççi ilk mətbuat brifinqində bildirib. E. Skaramuççi həmçinin “Tvitter”də Trampı tənqid edən və Klintonu dəstəkləyən qeydlərini silib.

 

Ötən gün 53 yaşlı biznesmen və maliyyəçi  Entoni Skaramuççi Ağ Evin kommunikasiyalar üzrə yeni rəhbəri təyin edilib. Bundan dərhal sonra Ağ Evin mətbuat katibi Şon Spayser istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar