General Ağ Ev aparatına rəhbər təyin edildi
29 iyul 2017 01:53 (UTC +04:00)

General Ağ Ev aparatına rəhbər təyin edildi

0

ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin edib.   

 

APA-nın xəbərinə görə, Tramp bu barədə öz “Twitter” səhifəsində bildirib. “General Con Kellini  Ağ Ev aparatına yeni rəhbər təyin etdim. Bu barədə sizləri məlumatlandırmağa şadam”, - deyə o yazıb.  

 

Onun sözlərinə görə,  Kelli  dahi amerikalı və gözəl liderdir: “O, Daxili Təhlükəsizlik Nazirliyində böyük işlər görüb və mənim administrasiyamda əsl ulduzdur”, - deyə o yazıb.  

 

Ondan əvvəl Ağ Ev aparatına Rins Pribas rəhbərlik edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar