Abxaziyada rusiyalıların olduğu təyyarə qəzaya uğradı,  ölənlər var
27 iyul 2017 21:29 (UTC +04:00)

Abxaziyada rusiyalıların olduğu təyyarə qəzaya uğradı, ölənlər var

0

Abxaziyada kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç Rusiya vətəndaşı ölüb. APA-nın “Sputnik Abxaziya”ya istinadən verdiyi xəbərə görə, insident Pitsunda rayonunda qeydə alınıb.

 

Məlumata görə, qəzaya uğramış təyyarə Rusiyanın özəl aviaklublarından birinə məxsus olub.    

 

Ölənlər arasında 11 yaşlı qızın olduğu bildirilir.

 

Hadisə yerinə xilasedicilər cəlb edilib.  Hadisənin səbəbləri araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar